Hökumət “Sərin” hotel və restoranının sökülməsini istəyir - EKSKLÜZİV
Əmlak Məsələləri üzrə Dövlət Komitəsi (ƏMDK) Bakıdakı “Sərin” hotelinin və eyniadlı restoranın sökülməsini istəyir. Lent.az-ın xəbərinə görə, Komitə bununla bağlı məhkəməyə müraciət edib.
Komitənin 2 saylı Bakı yerli İqtisad Məhkəməsinə etdiyi müraciətdə Nizami rayonu, Babək prospekti-76 ünvanında yerləşən restoran-hotel kompleksinin tikintisi üçün “Sərin” şirkəti MMC-nin ƏMDK-dan müvafiq icazə almadığı bildirilib. Komitənin iddiasına görə, MMC qanunsuz tikinti həyata keçirib. ƏMDK iddialarını Azərbaycanın mövcud qanunvericilik aktlarına və Komitənin Əsasnaməsinə istinad edərək irəli sürüb. Komitə hotel-restoran kompleksinin “Sərin” şirkəti MMC-nin öz vəsaiti hesabına sökülərək torpaq sahəsini əvvəlki vəziyyətinə qaytarılması barədə qarar çıxarmağı məhkəmədən xahiş edib.
“Sərin” şirkəti MMC də öz növbəsində qarşılıqlı iddia qaldıraraq məhkəmədən qarşı tərəfin iddiasını rədd etməklə, hotel-restoran kompleksinin yerləşdiyi ərazinin onlara satılmağı barədə iddiasını təmin etməyi xahiş edib.
Bu il aprelin 14-də 2 saylı Bakı yerli İqtisad Məhkəməsinin hakimi Möminat Hacıbəyova müvafiq qərar qəbul edib. Hakim ƏMDK-nın iddiasını təmin etməyib, MMC-nin iddiasını isə qismən (ərazinin MMC-yə satılma hissəsini) təmin edib.
Bununla razılaşmayan ƏMDK Bakı Apelyasiya Məhkəməsinə müraciət edib. Məhkəmə iş üzrə ekspertiza təyin edib. Hazırda bu işlə bağlı ekspertiza işləri aparılır.
Pərvin ABBASOV

964