Bakı metrosunda dəhşətli faciə
Qadın dispetçer qatarın altında qalıb, ayaqları kəsilib
Metronun “20 yanvar” və “İnşaatçılar” stansiyalarının tunelində bədbəxt hadisə baş verib.
Bu barədə Lent.az-a Yasamal rayon Prokurorluğundan məlumat verilib. Məlumatda bildirilir ki, metroda dispetçer nəzarətçisi işləyən Kələbiyeva Yeganə Səməd qızı (1963) qatarın altında qalıb. Nəticədə onun iki ayağı pəncədən yuxarı kəsilib. Hadisə gecə saat 03:45 radələrində baş verib.
Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 262.1-ciu maddəsi ilə Cinayət işi başlanılıb, araşdırma aparılır.
Fərid Əkbərov

391