Bacısı qızını öldürən dayının məhkəməsi başladı
Noyabrın 17-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə bacısı qızını öldürməkdə təqsirli bilinən Maştağa qəsəbəsi sakininin cinayət işi üzrə məhkəmə hazırlıq iclası keçirilib.
Lent.az-ın məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Sahib Bağırovun cinayət işi üzrə məhkəmə baxışı noyabrın 26-a təyin edilib.
İttihama görə, 2009-cu il sentyabrın 7-də Sabunçu rayonu Maştağa qəsəbəsi sakini Sahib Bağırov öz evində saxladığı bacısı qızı, 19 yaşlı Lətafət Zahidovanı boğaraq qətlə yetirib. Daha sonra könüllü olaraq polis bölməsinə gələrək təslim olub. O, istintaqa ilkin ifadəsində hadisəni qısqanclıq zəminində törətdiyini bildirib.
S.Bağırov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə ittiham olunur.
Fərid Əkbərov

373