Ramil Usubovun Əyyub Kərimova qarşı iddiasına noyabrın 26-da baxılacaq
0
0
Bu gün Yasamal rayon Məhkəməsində daxili işlər naziri Ramil Usubovun “Femida 007” qəzetinin baş redaktoru Əyyub Kərimova qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə hazırlıq iclası keçirilib. APA-nın məlumatına görə, hakim Xəqani Tağıyevin sədrliyi ilə keçirilən prosesdə Ə. Kərimovun məhkəmə baxışının təyin olunmaması, iddianın geri qaytarılması barədə qaldırdığı vəsatət təmin olunmayıb.
Məhkəmə baxışı noyabrın 26-na təyin edilib.
Qeyd edək ki, daxili işlər naziri Ramil Usubov Əyyub Kərimova qarşı Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) iddia qaldırıb. Buna səbəb Əyyub Kərimovun “Azadlıq” və “Femida 007” qəzetlərində Daxili İşlər Nazirliyi haqda yazdığı məqalələr olub.