Pənah Hüseyn nazir müavini ilə dalaşdı
Milli Məclisin bugünkü iclasında “Azərbaycan Respublikasında 2010-cu il üçün ehtiyac meyarının həddi haqqında” və “Azərbaycan Respublikasında 2010-cu il üçün yaşayış minimumu haqqında” qanun layihələrinin müzakirəsi zamanı mübahisə yaranıb. Lent.az-ın xəbərinə görə, gərgin anlar əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov çıxış edərkən yaşanıb.
İ.Rəhimov millət vəkili Pənah Hüseynin iddialarına cavab verərkən onun doğru danışmadığını deyib: “Pənah bəy burada çıxış edəndə dedi ki, “mən nə deyirəm çıxıb cavab vermirsiniz, demirsiz ki, bu böhtandır, demaqogiyadır”. İndii mən deyirəm: Pənah bəy, dedikləriniz böhtandır, siz böhtanla və demaqogiya ilə məşğulsunuz”.
Pənah Hüseynin buna reaksiyası sərt olub. Özünəməxsus şəkildə yerindən qalxaraq bir qədər irəli gedən Pənah Hüseyn “adam kişi olar” deyib. “Camaatın pulunu basıb yeyirsiniz. Mən deyirəm ki, dediklərimə görə məni niyə məhkəməyə vermirsiniz. Siz oğrusuz, juliksiz, banditsiz. Mən sizi məhkəməyə verəcəm” - deyə, o bildirib.
Spiker Oqtay Əsədov: “İclası bazara çevirmə, insanları təhqir etmə”.
P.Hüseyn: “O gəlib burada deputatı təhqir edir”
O.Əsədov: “Sən deyirsən, o da cavab verir. Belə alovlu çıxışı məhkəmədə edərsən”.
Qeyd edək ki, əsəbi olan Pənah Hüseyni onun yanında əyləşmiş həmkarı İkram İsrafil də sakitləşdirməyə çalışıb.

783