Valyutadəyişmə məntəqəsinə basqın edən şəxsin fotorobotu Lent.az-da
Lent.az Azərbaycan paytaxtında valyutadəyişmə məntəqəsinə basqın edən şəxsin foto-robotunu əldə edib.
Nərimanov rayon prokurorunun müavini Cavid Quliyev basqınçının fotorobotunun Bakının bütün rayonlarına göndərildiyini bildirib. O, basqınçının yaralı olduğunu söyləyib. Belə ki, hadisə zamanı valyuta dəyişmə məntəqəsinin yaralanan işçisi Tərlan Məlikov basqınçıya baş nahiyəsindən xəsarət yetirib.
C.Quliyev faktla bağlı Nərimanov rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.5-ci (quldurluq silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddəsi ilə cinayət işi açıldığını və araşdırılmaların davam etdirildiyini söyləyib.
Qeyd edək ki, noyabrın 12-də Bakının Nərimanov rayonunda yerləşən valyutadəyişmə məntəqəsinə silahlı basqın olub. Naməlum şəxs saat 09.00 radələrində “Debütbank”ın Atatürk prospekti, Yusif Vəzir Çəmənzəminli 134 ünvanında yerləşən 24 saylı valyutadəyişmə məntəqəsinə hücum edib. Kağıza bükülmüş boruya oxşar dəmirlə silahlanmış şəxs valyutadəyişmə məntəqəsinə daxil olaraq, məntəqə əməkdaşı 25 yaşlı Tərlan Məlikova xəsarət yetirərək kassadan 7 min manat pul aparıb. T.Məlikov xəsarətlə 1 saylı Şəhər Xəstəxanasına yerləşdirilib.
Fərid Əkbərov

394