Cinlər hər cümə günü bu evdə yanğın törədir
13 noyabr 2009 11:00 (UTC +04:00)

Cinlər hər cümə günü bu evdə yanğın törədir

Ağstafa rayonunun Köçəsgər kəndində yerləşən evlərin birində müəmmalı yanğınlar baş verir. APA-nın Qərb bürosunun məlumatına görə, kənd sakini Nəzifə Tanrıverdiyevin evində son bir həftədə iki dəfə müəmmalı yanğın baş verib. Yanğınlar noyabrın 6-dan başlayaraq hər cümə günü olmaqla 2 gün davam edib və ikimərtəbəli evin müxtəlif otaqlarında pərdələr, yorğan-döşək, stol örtüyünün bir hissəsi yanıb. Maraqlısı odur ki, yanğın baş verməzdən əvvəl ev telefonundan zəif bir səs gəlir.

Ev sahibinin oğlu Tanrıverdiyev Vəzir müəmmalı hadisələrin evdə kiçik əşyaların itməsi ilə başlandığını bildirib: “Atam rəhmətə gedib. Biz dörd qardaşıq və hamımız Bakıda yaşayırıq. Bu evdə anam nəvələri və 7-ci sinifdə oxuyan qız nəticəsi ilə qalır. Bu evdə baş vermiş müəmmalı hadisələr evdə müəyyən əşyaların itməsi ilə başlayıb. Evdə qalanlar hamısı namaz qılandır. Evdə təsbeh itib, açar yox olub, sonra tamam başqa bir yerdə tapılıb. Yanğın ilk dəfə noyabrın 6-da otağın birində yorğan-döşəyin yanması ilə başlayıb. Bu hadisədən sonra qonşular yığışıb gəlib və camaat burada ola-ola bir gün ərzində evin 5 hissəsində yanğın olub. Mən qardaşlarımla bu hadisəni eşidib Bakıdan gəlmişik. Vallah, əslində özüm də belə şeylərin olmasına inanmıram. Amma nə etmək olar? Evə molla gətirmişik və o bizə bildirib ki, evdə gözəgörünməz varlıqlar var, onların getməsi üçün Quran oxutdurmuşuq.”

Ev sahibi Nəzifə Tanrıverdiyeva əvvəllər evdə belə hadisələr baş vermədiyini deyib: “Evdə qaz sobasını yandırmaq üçün qoyduğumuz kibrit qutusu müəmmalı şəkildə yoxa çıxıb. Sonra isə yanğın olan yerdə 1 dənə kükürd hissəsi yanmış kibrit dənəsi gördük. Hadisə haqda eşidən sahə müvəkkili kənd icra nümayəndəsi ilə gələrək yanğın olan yerlərə baxdı və kibrit dənələrinə əl vurmamaq barədə göstəriş verdi. Amma bundan sonra kibrit dənələri öz-özünə yoxa çıxdı. Sanki kimsə kibritləri yığışdırmışdı”.

Qonşuların sözlərinə görə, əvvəllər bu cür hadisənin olmasına inanmasalar da, hadisə barədə eşitdikdən sonra gələrək burada öz-özünə baş verən yanğınların şahidi olublar.
Hadisəyə münasibət bildirən Qazax rayon Cümə Məscidinin əfəndisi Mikayıl Qədimov bu cür hadisələrlə hərdən rastlaşdığını deyib: “İyirmi ildir Cümə məscidinin əfəndisi vəzifəsində çalışıram. Bir neçə dəfə Qazax rayonunda, Ağstafanın özündə belə hadisələrə rast gəlmişik. Baş verənləri elə-belə qəbul eləmirəm, hər şey ola bilər. Biz həyatda necə yaşayırıqsa, bizimlə birlikdə həyatda cinlər, şeytanlar da yaşayır. Bildiyiniz kimi cinlər gözə görünmür, cin sözünün mənası elə gözəgörünməz deməkdir. Bəzi hədislərə əsaslanaraq hesab edirəm ki, baş verənlər cin-şeytan əməlidir. Məsləhət görürəm ki, belə yerlərdə heç bir qorxuya düşmədən Qurani-Kərim oxunmalıdır. Həmçinin qurban kəsib imkansız kasıb adamlara paylamaq və xəta-bəlanı həmin yerdən uzaqlaşdırmaq lazımdır. Əslində cin və şeytanların heç kimə heç bir xətası yoxdur”. Qeyd edək ki, ev sahibləri Quran oxutdurulduqdan sonra evdə yanğınların dayandığını bildirirlər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1264

Oxşar yazılar

Qubada evdə partlayış -  Yaralanan var

Qubada evdə partlayış - Yaralanan var

15 dekabr 2024 , 13:09
Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46