Salyanda 2 qardaş bacılarını öldürüb və Kürə atıb
Dəhşətli qətlin üstü 12 ildən sonra açıldı
1997-ci ilin iyun ayında Salyan rayonundakı C.Cabbarlı küçəsində yaşayan, əvvəllər məhkum olunmuş Elçin Hüseynov qardaşı Anarla birgə bacıları Elnarəni qısqanclıq zəminində boğub, cəsədini isə evlərinin yaxınlığında torpağa basdırıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 1997-ci ilin dekabr ayında Elçin Hüseynov və qardaşı Anar ataları İzzətin məsləhəti ilə Elnarənin cəsədini basdırdıqları yerdən çıxarıb torbaya qoyaraq, Qaraqaşlı kəndi ərazisində Kür çayına atıblar.
Salyan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Elçin Hüseynov tutulub, Anarın tutulması üçün tədbirlər davam etdirilir.
Faktla əlaqədar rayon prokurorluğu tərəfindən cinayət işi başlanılıb.

Oxşar yazılar

Aeroport yolunda QƏZA oldu
13 iyul 2025 , 12:42
Sumqayıtda güllələnmə hadisəsi: bir nəfər öldü
13 iyul 2025 , 11:50
Qazaxda əkin sahəsində FACİƏ: traktorda kişi meyiti tapıldı
13 iyul 2025 , 11:34
Ölkədən qaçmaq üçün qayınanası ilə evləndi
13 iyul 2025 , 11:28
Zaqatalada FACİƏ: uşaq Tala çayında BOĞULDU - YENİLƏNİB
13 iyul 2025 , 08:08Bu gün 34 mindən çox abituriyent imtahan verəcək
13 iyul 2025 , 06:05
Sumqayıtda dəniz sahilində TƏHLÜKƏLİ ANLAR: arvadına maşın verdi, polis hər ikisini saxladı-VİDEO
13 iyul 2025 , 00:28