Yasdan çıxan sürücü qucağında körpə olan adamı vurdu
Cəlilabadda əsəbi halda maşın idarə edən şəxs qaz sürücüsündən qaçarkən 1 nəfəri öldürüb, 2 nəfəri öldürüb
Cəlilabad rayonunun Günəşli kəndində faciəli hadisə baş verib. Hadisə şahidlərinin Lent.az-a verdiyi məlumata görə, bu gün saat 12.00 radələrində kəndin mərkəzində avtomobillə 3 nəfər vurulub.
Belə ki, Günəşli kəndi ilə qonşu Sabirabad kəndindən olan sürücü (adını dəqiqləşdirmək mümkün olmayıb – Lent.az) bura öz anasını yas mərasiminə gətiribmiş. Bir neçə saatdan sonra isə o, anasını evlərinə aparmaq istəyib. Lakin anası yas mərasimində bir qədər də qalmaq istədiyini bildirib. Bu zaman oğulla ana arasında mübahisə düşüb. Oğlunun əsəbiləşdiyini görən ana avtomobilə minərək evlərinə qayıtmağa razı olub.
Sürücü əsəbi olduğundan avtomobili yerindən qəfil tərpədib, onu sürətlə sürməyə başlayıb. Təxminən 100-150 metr irəlidə o, avtomobilin qarşısına bir sürü qazın çıxdığını görüb sükanı sola döndərib. Bu zaman o, yol kənarında olan kənd sakinləri Əfqan Vəliyev və qucağında körpə uşağı olan Rövşən Abdullayevi vurub. Ə.Vəliyev rayon mərkəzi xəstəxanasına çatdırılıb, lakin həkimlərin səyinə baxmayaraq, o vəfat edib.
R.Abdullayev özü və övladı xəsarət alıb. Hadisə nəticəsində uşağın qolu sınıb. Onlar rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Günəşli kəndinin bir qrup camaatı hadisəni törədən sürücünü döyüb. Hadisə nəticəsində sürücü də rayon mərkəzi xəstəxanasına aparılıb.
Cəlilabad rayon Polis Şöbəsinin əməkdaşları faktla bağlı araşdırma aparır.
Cəlilabad rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumatda fakt təsdiqlənib.
Pərvin ABBASOV

454