İt sahibini güllələdi!
12 noyabr 2009 12:15 (UTC +04:00)

İt sahibini güllələdi!

Türkiyənin Biləcik vilayətinin Osmaneli rayonunda qəribə hadisə baş verib.


Lent.az-ın “haberturk.com” saytına istinadən verdiyi məlumata görə, 4 dost ov tüfəngini və 2 ov itini götürərək avtomobillə ova çıxıb.


Avçılar Kızılöz kəndi yaxınlığında arxa oturacaqdakı iki ov iti bir-biriylə oynamağa başlayıb. Bu zaman itlərdən biri ayağını oturacağın arxasına söykənmiş ov tüfənginin tətiyinə basıb və atəş açılıb.

Güllə qabaqdakı oturacaqdakı it sahiblərindən birinin, fabrik işçisi olan İlhami Karanın kürəyinə tuş gəlib. 29 yaşlı İlhami Kara Bilecik Dövlət Xəstəxanasına aparılıb. Ancaq durumu ağır olduğu üçün Eskişehir Dövlət Xəstəxanasında yerləşdirilib.

Olayla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 320

Oxşar yazılar