Keçmiş arvadını öldürəndən sonra yandıran şəxs məhkəmə qarşısında
Noyabrın 12-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə keçmiş həyat yoldaşını amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Bakı sakinin məhkəmə prosesi başlayıb.
Lent.az-ın məlumatına görə, prosesdə təqsirləndirilən Mahir Tahir oğlu Əsgərov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
İttihama görə, Əzizbəyov rayon sakini, 1981-ci il təvəllüdlü Əlizadə Pərvanə Telman qızı 2009-cu il yanvarın 15-də evdən çıxıb, bir daha geri qayıtmayıb. İstintaq zamanı məlum olub ki, 1983-cü il təvəllüdlü Əsgərov Mahir Tahir oğlu P. Əlizadəni həmin gün saat 20:00 radələrində Şüvəlan qəsəbəsi Gülçülük sovxozunda özünə məxsus “VAZ-2106” markalı, 10 LX 184 dövlət nömrə nişanlı maşınında qısqanclıq zəminində boğaraq öldürüb, sonra isə üzərinə yanacaq tökərək yandırıb.
Mahir Əsgərov istintaqa ilkin ifadəsində bildirib ki, keçmiş həyat yoldaşı ilə barışmaq istəyib, amma onun barışıq təklifi qəbul edilməyib. O daha sonra bildirib ki, Pərvanə Əliyeva əxlaqsız hərəkətlərlə də məşğul olurmuş və onu öldürməyinin əsas səbəbi də bu olub.
M.Əsgərov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıq və ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham olunur.
Fərid Əkbərov

313