Taksi sürücüsünü qətlə yetirən qardaş-bacıya hökm oxundu
Noyabrın 12-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə taksi sürücüsü Aşır Nəsirovu qətlə yetirməkdə təqsirləndirilən bacı-qardaş Solmaz və Səbuhi Rəhimovların cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az-ın məlumatına görə, hakim Əlisoltan Osmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Hökmə əsasən, S. Rəhimov 15 il, bacısı S.Rəhimova isə 13 il müddətinə azadlıqdan məhrum ediliblər.
Xatırladaq ki, dövlət ittihamçısı S.Rəhimovun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 120.2 (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunaraq 15 il müddətinə, S. Rəhimovanın isə həmin maddə ilə ittiham olunaraq 14 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, 2008-ci il dekabrın 16-da taksi sürücüsü Aşır Nəsirov Novxanı bağları massivində Səbuhi Rəhimov və Solmaz Rəhimova tərəfindən qətlə yetirilib. Onlar Cinayət Məcəlləsinin 120.2 maddəsi ilə təqsirli biliniblər.
Fərid Əkbərov

Oxşar yazılar

Şərurun kəndlərinə sel gəldi-VİDEO
6 iyul 2025 , 17:53
Bulvarda batan qadın belə xilas edildi-VİDEO
6 iyul 2025 , 15:16
Şəmkirdə Türkiyə vətəndaşı qəzaya düşdü- Ölən var - YENİLƏNİB
6 iyul 2025 , 14:02
Qazaxda avtomobil aşdı - Şəhid atası öldü
6 iyul 2025 , 13:36
Laçında yük maşını dərəyə aşdı
6 iyul 2025 , 10:13
Daşkəsəndə 21 yaşlı gənc söyüş üstündə qətlə yetirildi - YENİLƏNİB 3
6 iyul 2025 , 08:54
Kürdəmir sakinini qatar vurub öldürdü
5 iyul 2025 , 23:54