Saxta MTN-çiyə hökm oxundu
11 noyabr 2009 13:00 (UTC +04:00)

Saxta MTN-çiyə hökm oxundu

Noyabrın 11-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə özünü Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı kimi təqdim edən şəxsin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Lent.az-ın məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Tərtər rayon sakini Firdovsi Məmmədova hökm oxunub. Hökmə əsasən, F. Məmmədov 11 il müddətinə azadlıqdan məhrum edilib.


İttihama görə, 2008-ci il oktyabrın 6-da F. Məmmədov Bərdə rayon sakini Vüqar Cəfərovun etimadını qazanaraq, qohumunun həbsxanadan azad edilməsi üçün 15000 ABŞ dolları alıb.

Bundan başqa, F. Məmmədov Bərdə rayon sakini Zülfiyyə Sadıqovanın etibarından sui-istifadə edərək, onun həbsdə olan yaxın qohumunu cəzasının yüngülləşdirilməsi üçün 2000 manat və 400 ABŞ dolları alıb.

F. Məmmədov özünü MTN-in polkovniki kimi təqdim edib və 7 nəfəri aldadaraq, onların həbsdə olan qohumlarının həbsdən azad etmək adı ilə aldıqları pulları mənimsəyib. F. Məmmədov 2008-ci ilin oktyabrın 14-də tutulub.

O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2.-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq etmək) maddəsi ilə təqsirli bilinib.


Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 359

Oxşar yazılar