Adnan Hacızadə və Emin Milliyə hökm oxundu
Bu gün Səbail rayon Məhkəməsində Emin Milli və Adnan Hacızadənin barəsində başlanan cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az-ın müxbirinin verdiyi məlumatına görə, hakim Araz Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Emin Milli 2 il 6 ay, Adnan Hacızadə isə 2 il müddətinə azadlıqdan məhrum ediliblər.
Qeyd edək ki, prokuror Emin Milliyə 3 il 6 ay, Adnan Hacızadəyə 3 il azadlıqdan məhrumetmə cəzasının verilməsini istəmişdi.
Qeyd edək ki, ittihama görə, Emin Milli və Adnan Hacızadə iyulun 8-də Azərbaycan paytaxtındakı “Lebanese” restoranında baş verən insidentdən sonra saxlanılıblar. Onlar Cinayət Məcəlləsinin 127.2.3 (qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.2.1 (xuliqanlıq) maddələri üzrə təqsirləndiriliblər.
Fərid Əkbərov

474