Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində ölüm hadisəsi
10 noyabr 2009 19:30 (UTC +04:00)

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində ölüm hadisəsi

Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin binasında ölüm hadisəsi baş verib.


Bu barədə APA-ya Nərimanov rayon Prokurorluğundan məlumat verilib.

Məlumata görə, hadisə ötən gün qeydə alınıb. Xidmətin inzibati binasında təmir işləri aparan Gürcüstan vətəndaşı, 56 yaşlı Şükür Süleymanov ikinci mərtəbədən yıxılıb. O, aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 590

Oxşar yazılar