“RİAD” təhlükəsizlik xidmətinin əməkdaşlarına hökm oxundu
Elməddin Quliyev 10 il 6 ay azadlıqdan məhrum edildi, Malik Rəşidov və Xəyyam Həsənov şərti cəza almaqla azadlığa çıxdılar
Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hədə-qorxu yolu pul tələb etməkdə ittiham olunan “RİAD” təhlükəsizlik xidmətinin əməkdaşlarının cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Lent.az-ın məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror Elməddin Quliyevə 12 il, Malik Rəşidova 10 il 6 ay və Xəyyam Həsənova 10 il 6 ay azadlıqdan məhrumetmə cəzası istəyib.
Hər 3 təqsirləndirilən şəxsin vəkili onlara bəraət verilməsini istəyib.
Daha sonra təqsirləndirilən şəxslərə hökm oxunub. Elməddin Quliyevə 10 il 6 ay azadlıqdan məhrumetmə cəzası, Malik Rəşidov və Xəyyam Həsənova 2 il sınaq müddəti olmaqla, 7 il şərti cəza verilib. Malik Rəşidov və Xəyyam Həsənov məhkəmə zalında azadlığa buraxılıblar.
Qeyd edək ki, adı çəkilən şəxslər Bakı şəhər sakini Fəxrəddin Nəzərovu Neftçala rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə düzlətmək haqqında onunla razılıq əldə ediblər. Lakin iş düzəlmədiyindən təqsirləndirilən şəxslər F.Nəzərova hədə-qorxu gələrək ondan pul tələb ediblər.
F.Nəzərovun şikayəti əsasında təqsirləndirilən şəxslər Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulublar.
Təqsirləndirilən şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) və 182.3.2-ci (hədə-qorxu yolu ilə tələb etmə) maddələri ilə ittiham olunurlar.
Fərid Əkbərov

881