“Donuz qripi” Həccə gedənləri təyyarədə yaxaladı
Təyyarə geri dönüb
Həccə gedənləri Səudiyyə Ərəbistanına aparan Türk Hava Yollarının təyyarəsi sərnişinlərdən birində “donuz qripi” virusu aşkarlandığı üçün geri dönmək məcburiyyətində qalıb.
Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, AH1N1 virusuna yoluxmuş xəstə Almaniyadan Türkiyəyə gələrkən Münhendə testdən keçib. Sonra da Türkiyəyə gəlib və Atatürk hava limanında müqəddəs torpaqlara səfər edəcək təyyarə əyləşib.
Təyyarə səmaya qalxarkən bu şəxsin müayinəsinin nəticələri barədə Atatürk hava limanına xəbər verilib. Geri qayıdan təyyarədəki digər insanlar müayinədən keçiriliblər, təyyarə dezinfeksiya olunub.

491