Həccə gedənlərin 2-də “donuz qrip”i aşkarlandı
Səudiyyə Ərəbistanı Həccə gələnlərə qapılarını bağlamayacaq, yaşlılar və hamilələr də ziyarətə gedə bilərlər
Səudiyyə Ərəbistanının səhiyyə naziri donuz qripi qorxusuyla bağlı həcc ziyarətinə gələnlərin ölkəyə girişinə qadağa qoyulmayacağını açıqlayıb.
Lent.az-ın verdiyi məlumata görə, səhiyyə naziri Abdulla əl Rabia hazırda Səudiyyə Ərəbistanında həcc ziyarətinə gələn 500 min insandan yalnız 2 nəfərdə AH1N1 virusunun aşkarlandığını bildirib.
O, hansısa yaş qrupunun, yaxud hamilə qadınların həcc ziyarətinə gəlmələrinə qadağa qoyulmayacağını da bildirib. Nazir ziyarətə gələnlərin 2 həftə əvvəl donuz qripinə qarşı peyvənd vurdurmalarını da məsləhət görüb.

375