50 yaşlı kişi arvadını və iki övladını öldürdü
06 noyabr 2009 19:00 (UTC +04:00)

50 yaşlı kişi arvadını və iki övladını öldürdü

İstanbulun Pendik qəsəbəsində dəhşətli ailə faciəsi baş verib.


Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, meyvə-tərəvəz satışı ilə məşğul olan 50 yaşlı Hüseyn Ərdən iki uşağını və arvadını öldürəndən sonra intihara cəhd edib.


Əsəb sistemi pozulan Ərdən axşam saatlarında evinə gedib. O, arvadı, 38 yaşlı Fikriyyəni, qızı, 13 yaşlı Ezgini və oğlu, 11 yaşlı oğlu Melihi öldürüb. Daha sonra isə özünə bıçaqla xəsarət yetirib. Hüseyn Ərdən xəstəxanaya çatdırılıb, faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 412

Oxşar yazılar