Xalq yazıçısı Qılman İlkin vəfat edib
Azərbaycanın xalq yazıçısı Qılman İlkin bu gün vəfat edib.
Bu barədə APA-ya məlumat verən yazıçının gəlini Rəna Musayeva bildirib ki, yazıçı saat 12:30 radələrində 95 yaşında ürək çatışmazlığından vəfat edib: “Bir həftə idi ki, özünü pis hiss edirdi. Bu gün günorta saatlarında isə dünyasını dəyişdi. Əslində, yazmaq istədiyi çox şey vardı. Son günə kimi işləyirdi. Ömrünün sonuna kimi yaratmağa çalışdı”.
R. Musayeva deyib ki, yazıçı sabah torpağa tapşırılacaq. Hazırda isə onunla vida mərasiminin harada keçirilməsi və harada dəfn olunacağı müəyyənləşdirilir.
Qeyd edək ki, Musayev Qılman İsabala oğlu (Qılman İlkin) 1914-cü ilin aprelində Bakının Mərdəkan kəndində anadan olub. Əmək fəaliyyətinə Xaçmaz rayonunun Əhmədoba kənində məktəb müdiri və müəllim kimi başlayıb. “Gənc işçi” qəzetində ədəbi işçi olub (1931-32-ci illər). Azərbaycan Pedaqoji Universitetinin dil ədəbiyyat fakültəsində təhsilini davam etdirib.
Onu institutun aspiranturasında saxlamaq istəsələr də, maddi imkanı buna imkan verməyib. 1954-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Axundov adına Dövlət mükafatı laureatı (1967), Azərbaycanın əməkdar incəsənət xadimi (1989), xalq yazıçısı, prezidentin fərdi təqaüdçüsüdür. Əsərləri xarici dillərdə çap edilib. İki dəfə “Qırmızı əmək bayrağı” ordeninə layiq görülüb. Fəxri fərman və medallarla təltif olunub. Qafqaz xalqları ali dini şurasının “Paklıq” mükafatına layiq görülüb. İndiyə qədər 30-da qədər kitabı işıq üzü görüb.

458