Zorlamada təqsirləndirilən hərbçiyə 700 manat cərimə
Noyabrın 6-da Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə zorlamada ittiham olunan hərbi qulluqçunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az-ın məlumatına görə, prosesdə Daxili Qoşunların "N" saylı hərbi hissəsinin baş leytenantı Elmar Mehdiyev və mülkü vətəndaş Rauf Qafarova hökm oxunub.
Məhkəmə təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş zorlama ittihamının sübuta yetirilmədiyi qənaətinə gəlib. Ona görə də, E. Mehdiyev və R. Qafarova qarşı irəli sürülmüş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 149.1-ci (Zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olma) və 150.1-ci (seksual xarakterli zorakılıq hərəkətləri) maddələri üzrə ittihamlar xaric edilib.
Məhkəmənin hökmü ilə E. Mehdiyevi CM-nın 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddəsi ilə təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrum edilib.
R. Qafarov isə CM-nin 32.5,310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmədə iştirak etmə) maddəsi ilə təqsirli bilinərək ona 700 manat cərimə təyin olunub.
İttihama əsasən, E. Mehdiyev idarə etdiyi avtomobillə Bakının Sabunçu dairəsindən keçərkən Aygün (şərtdir) adlı qızı maşına mindirib. Özünü polis əməkdaşı kimi təqdim edən E. Mehdiyev qızı R. Qafarova məxsus mənzilə aparıb. Sonra onunla cinsi əlaqədə olub. Aygün hadisədən bir gün sonra Sabunçu rayon Polis İdarəsinə gələrək, E. Mehdiyev və R. Qafarovdan şikayət edib.
Fərid Əkbərov

347