Gəncədə 3 yaşlı uşağın əli ətçəkən maşında qalıb
Elektrikli ətçəkən maşın körpənin əlini biləyinədək doğrayıb
Dünən Samux rayonunun Taplı kəndində 3 yaşlı uşağın əlini elektrik ətçəkən maşını biləyə qədər aparıb.
Gəncə şəhər 2 saylı Uşaq Xəstəxanasından Lent.az-ın Gəncəbasar müxbirinə verilən məlumata görə, 2006-cı il təvəllüdlü Ruzi İntiqam oğlu Mustafayevin anası ət çəkdikdən sonra maşını cərəyandan ayırmağı unudub. Körpə əlini maşının bunkerinə salıb. Nəticədə uşağın əli biləyə qədər doğrayıb.
Uşağa Gəncə şəhər 2 saylı Uşaq Xəstəxanasında, sonra isə Gəncə şəhər Abbas Səhhət adına Xəstəxananın cərrahiyyə şöbəsində ilkin tibbi yardım göstərildikdən sonra onu müalicə üçün Bakı şəhər Elmi-Tədqiqat Travmatologiya İnstitutuna göndəriblər.
Cəmşid Bəxtiyar

389