Azərbaycanda daha iki nəfərdə “donuz qripi”!
Bu gün Azərbaycanda “donuz qripi” kimi tanınan A(H1N1) virusuna yoluxmuş daha 2 xəstə aşkar edilib.
Lent.az-ın Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, birinci xəstə Ukraynanın İvanovo-Frankovsk vilayətindən gələn A(H1N1) virusuna yoluxmuş xəstə ilə təmasda olan qohumudur.
Xəstə Elmi-tədqiqat Ağciyər Xəstəlikləri institutunda müalicə alır. Onun vəziyyəti kafidir.
Digər xəstə noyabr ayının əvvəlində Ukraynadan gələn Azərbaycan vətəndaşıdır. Xəstənin vəziyyəti kafidir, ambulator şəraitdə müalicə alır.
Bununla da Azərbaycanda “donuz qripi”nə yoluxanların sayı 3-ə çatıb.

329