Narkotik qaçaqmalçısı olan daha bir dəstənin məhkəməsi başladı
Dəstə üzvlərinin 3-ü İran, 1-i Azərbaycan vətəndaşıdır
Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə İrandan Azərbaycana külli miqdarda narkotik keçirməkdə ittiham olunan İran və Azərbaycan vətəndaşlarından ibarət dəstənin cinayət işi üzrə hazırlıq iclası keçirilib.
Lent.az-ın müxbirinin verdiyi məlumata görə, təqsirləndirilən şəxslər İran vətəndaşları Kamrani Mansur, Şəhləvani Rəhim, Şəhləvani Kərim (bu iki nəfər qardaşdır) və Azərbaycan vətəndaşı Elxan Quliyevdir.
3 İran vətəndaşı Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 maddələri, Elxan Quliyev isə Cinayət Məcəlləsinin 207.1 maddəsi (cinayəti bilib, gizlətmə, xəbər verməmə) maddəsi ilə ittiham olunur.
Hazırlıq iclasında prokuror məhkəmə baxışının təyin olunması üçün vaxt istəyib. İclas sabaha qədər fasilə elan edib.
Qeyd edək, İrandan Azərbaycana narkotik keçirən dəstə üzvləri bu ilin iyul ayında Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən Bakıda tutulublar.

449