Əmlakı müsadirə edilən iş adamı 9 il həbs cəzası aldı
05 noyabr 2009 13:45 (UTC +04:00)

Əmlakı müsadirə edilən iş adamı 9 il həbs cəzası aldı

Qaxdakı fındıq zavodunun həmtəsisçisinin məhkəmə prosesi başa çatıb


Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə məhkəmədə hakim Şəkər Məmmədovanın sədrliyi ilə Qaxdakı fındıq zavodunun həmtəsisçisi Mircəlal Nəsrullayevin məhkəmə prosesi keçirilib.


Lent.az-ın məlumatına görə, iclasda dələduzluqda ittiham olunan Mircəlal Nəsrullayevə hökm oxunub. Hökmə əsasən, o, əmlakı müsadirə olunmaqla 9 il müddətinə azadlıqdan məhrum edilib.


İttihama görə, o, 2007-ci ildə şəriki Novruz Hüseynovla birlikdə fındıq zavoduna investisiya qoymaq adı ilə Bakıdakı bankların birindən 213 min manat məbləğində kredit götürüb. Bunun müqabilində Novruz Hüseynovun “Torqovı” küçəsindəki evini girov qoyulub. Lakin Mircəlal Nəsrullayev bankdan götürülən krediti mənimsəyib. Bir müddət sonra onun şəriki bu barədə Baş Prokurorluğa şikayət edib.

Fərid
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 522

Oxşar yazılar