Soyğunçuya 6 illik həbs cəzası
Noyabrın 5-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə soyğunçuluqda təqsirləndirilən Sumqayıt şəhər sakinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az-ın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Azər Təhməzova hökm oxunub. Hökmə əsasən, A. Təhməzov 6 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, 2009-cu il iyulun 1-də saat 21:00 radələrində Sumqayıt şəhərində Azər Təhməzov həmin şəhərin sakini Nərmin İsmayılovaya qarşı zor tətbiq edərək, mobil telefonunu ondan alıb. Sumqayıt şəhər Polis İdarəsinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Azər Təhməov tutulub. O, Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə ittiham olunub.
Fərid Əkbərov

367