Türk iş adamını oğurlayanların məhkəməsi başladı
Onlar iş adamını girovluqda saxlayıblar
Noyabrın 5-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Almaniyada biznes fəaliyyəti ilə məşğul olan Türkiyə və Gürcüstan Respublikalarının vətəndaşını oğurlamaqda təqsirli bilinən dəstənin cinayət işi üzrə hazırlıq prosesi keçirilib.
Lent.az-ın məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə baxışı noyabrın 12-ə təyin olunub.
İttihama görə, 2009-cu il avqustun 13-də, Zaqatala RPŞ-nə daxil olmuş məlumata əsasən, müəyyən edilib ki, Zaqatala rayonunun Çar kəndinin ərazisindəki «Ləzzət» restoranında, Almaniyada yerləşən «Yaman və Efor» şirkətinin müdiri, Türkiyə və Gürcüstan vətəndaşı, Tbilisi şəhərində yaşayan, 1972-ci il təvəllüdlü Çağatay Yaman girov saxlanılır.
Keçirilən əməliyyat tədbirləri nəticəsində, Çağatay Yaman girovluqdan azad edilib, onu girov saxlayanlardan - Naxçıvan şəhər sakini – 1961-ci il təvəllüdlü Həsən Cabbarov, Bakı şəhər sakinləri - 1953-cü il təvəllüdlü Sabir Sadiqi və 1964-cü il təvəllüdlü Qulu Muxtarov tutulub.
Təqsirləndirilən şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 144.2.4-cü.(zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə) və 228-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) ittiham olunurlar.
Fərid Əkbərov

435