Sumqayıtda iki qardaş öldürüldü
04 noyabr 2009 17:30 (UTC +04:00)

Sumqayıtda iki qardaş öldürüldü

Qətl borc üstündə törədilib



Azərbaycanın Sumqayıt şəhərində dəhşətli qətl hadisəsi baş verib. Sumqayıt şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, iki qardaş mülk üstündə qətlə yetirilib.


Hadisə şəhərin 45-ci məhəllə adlanan ərazisində, “Diamed” Sağlamlıq Mərkəzinin yaxınlığında baş verib. Sumqayıt şəhər sakini, 1954-cü il təvəllüdlü Ağamoğlan Əlihəsən oğlu İbrahimov münaqişə zəminində 1966-cı il təvəllüdlü Məmmədov Hamlet Əli oğlunu bıçaqlayıb. Hamletin qardaşı İlham Məmmədov onları ayırmaq istəyərkən ona da bir neçə bıçaq zərbəsi dəyib. Nəticədə hər iki qardaş hadisə yerində keçinib.


A.İbrahimov hadisəni törətdikdən sonra polisə gələrək könüllü təslim olub. O, qardaşları mülk üstündə aralarında yaranmış borca görə qətlə yetirdiyini bildirib.


Faktla bağlı Sumqayıt şəhər Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 773

Oxşar yazılar

Bakıda QƏZA:  İşıqfor yerindən qopdu-FOTO -YENİLƏNİB

Bakıda QƏZA: İşıqfor yerindən qopdu-FOTO-YENİLƏNİB

12 dekabr 2024 , 01:03
Bakıda dörd  “Toyota”  toqquşdu

Bakıda dörd “Toyota” toqquşdu

11 dekabr 2024 , 23:57
Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

11 dekabr 2024 , 21:23
Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

11 dekabr 2024 , 19:33
İfadə verməyə çağırıldı: özünü binadan atdı

İfadə verməyə çağırıldı: özünü binadan atdı

11 dekabr 2024 , 18:54
Qafar Dəmirçi həbs edildi

Qafar Dəmirçi həbs edildi

11 dekabr 2024 , 18:05
Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

11 dekabr 2024 , 18:03
Bakıda həbsxanada ÖLÜM

Bakıda həbsxanada ÖLÜM

11 dekabr 2024 , 17:10