Skinhedlər dəhşətli qətli internetdə yaydılar
Çin vətəndaşını amansızlıqla öldürən şovinistlər bununla özlərini ələ veriblər
Rusiyada 4 skinhed Çelyabinsk vilayətində Y.Qaqarin parkında bir çinlini vəhşiliklə qətlə yetirib, sonra da bunu internetdə yayıb.
Lent.az-ın “Rosbalt” agentliyinə istinadən verdiyi məlumata görə, hadisə 29 sentyabr axşamı baş verib.
24 yaşlı Aleksandr Avtonomov, 26 yaşlı Sergey Makavkin, 24 yaşlı Aleksandr Veriçev, 20 yaşlı Aleksandr Qalanov parkda iki çinli görüb, onları qovmağa başlayıblar. Bu qovhaqovda çinlilərdən biri yıxılaraq ələ keçib.
Skinhedlərdən 3-ü çinlinin ayağını qırıb, döyməyə başlayıb. Ona 35 bıçaq zərbəsi vurulub, metal əşya ilə qarnına zərbələr endirilib. Bu prosesi skinhedlərin 4-cüsü olan Aleksandr Qalanov telefonunun kamerası ilə çəkib.
Aleksandr Qalanov sonradan həmin görüntünü bir kompüter mütəxəssisinə verib və o da görüntünü internetdə yerləşdirib.
Milis görüntülər internetdə yerləşdiriləndən sonra cinayətkarların izinə düşüb və onlar artıq həbs olunublar. Məhkəmə çinlini öldürən 3 skinhedə ömürlük həbs cəzası verə bilər. Prosesi kamera ilə çəkən Aleksandr Qalanovun isə bir neçə il həbslə canını qurtaracağı gözlənilir.

643