3 uşaq anası məhkəmə qarşısında
04 noyabr 2009 15:00 (UTC +04:00)

3 uşaq anası məhkəmə qarşısında

İrandan heroin gətirənlərin prosesi başladı

Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Ramella Allahverdiyevanın sədrliyilə Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik maddə gətirməkdə ittiham olunan dəstənin məhkəməsi başlayıb.


Lent.az-ın xəbərinə görə, hazırlıq iclasında təqsirləndirilənlərdən Səadət Cəfərovanın vəkili vəsatətlə çıxış edib. O deyib ki, Cəfərovanın əməlində cinayət tərkibi yoxdur, onun qrup şəklində cinayətlərdə iştirakından söhbət gedə bilməz. Vəkil S.Cəfərovanın himayəsində üç azyaşlı olduğunu deyərək, onunla bağlı başlanmış cinayət işinə xitam verilməsini, həmçinin bəraət almasını istəyib.


Bu vəsatətə noyabrın 11-də keçiriləcək məhkəmə baxışında baxılacaq.
İş üzrə S.Cəfərova ilə yanaşı Kamran Şirinov, Ələkbər Pirverdiyev və Nəsimi Cəlilov da təqsirləndirilir.


Onlar Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2, 234.4.3 və 206.3.2-ci maddələrilə ittiham olunurlar.

Dəstə üzvləri bu il iyulun 29-da İrandan Azərbaycana narkotik maddə olan heroin gətirərkən Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həbs olunub.

Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 753

Oxşar yazılar