İki qatil barəsindəki hökm ləğv olundu
Bakı Apelyasiya Məhkəməsində qəsdən adam öldürməkdə ittiham olunan Rusiya vətəndaşı barəsindəki hökmdən şikayət və protestə baxılıb.
Lent.az-ın məlumatına görə, məhkəmə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin Rusiya vətəndaşı İqor Bajilevski və Anar Nuriyevin barəsində çıxardığı hökmü ləğv edib və prokurorluğun protesti əsasında cinayət işinə yenidən baxılması üçün birinci məhkəmə instansiyasına göndərib.
Qeyd edək ki, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Bajilevski 15 il, Nuriyevə isə 13 il 6 ay azadlıqdan məhrumetmə cəzası verilib. Dövlət ittihamçısı İ. Bajilevskinin ömürlük, A. Nuriyevin isə 15 il müddətinə azadlıqdan məhrum etmə cəzası almasını istəyib.
İttihama görə, 2008-ci il dekabrın 18-də Sabunçu rayonu ərazisində meyiti aşkarlanmış Aleksandr Nikolayeviç Qolikovun İqor Bajilevski tərəfindən qətlə yetirildiyi müəyyənləşdirilib. İstintaqla İ. Bajilevskinin Qolikovu qətlə yetirməmişdən bir gün əvvəl Xətai rayonunda kirayə qaldığı evin sahibi Rafiq Azər oğlu Əliyevi də çoxsaylı bıçaq zərbəsi ilə öldürdüyünü müəyyənləşdirilib.
Hadisənin iki nəfər tərəfindən törədildiyi üzə çıxıb. İ.Bajilevski qətli Sabunçu rayon sakini Anar Ruslan oğlu Nuriyevlə birgə törətdiyini etiraf edib. Onun ifadəsi əsasında A. Nuriyev də məsuliyyətə cəlb edilib.
Təqsirləndirilən şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) maddələri ilə təqsirli biliniblər.
Fərid Əkbərov

1339