Rusiyadakı həmyerlimizin qatilinin məhkəməsi başlayıb
Noyabrın 3-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə ağır cinayət törətməkdə ittiham olunan Rusiya vətəndaşı Namiq Mehrəliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Lent.az-ın məlumatına görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə bildirilib ki, N.Mehrəliyevlə birgə cinayət törətməkdə ittiham olunan Anar Hacıyev, Əziz Hacıyev, Elmar Həsənov barəsində Rusiya Federasiyası Primorsk Diyar Məhkəməsində hökm çıxarılıb.
R.Sadıxov cinayət işinin Azərbaycana göndərilməsi barədə Primorsk Diyar Məhkəməsinə müraciət edildiyini söyləyib. Proses adıçəkilən məhkəmədən müraciətə cavab gələnə qədər qeyri-müəyyən vaxta qədər təxirə salınıb.
İttihama görə, Namiq Qəzənfər oğlu Mehrəliyev Rusiya Federasiyasının Vladivostok şəhərində 2007-ci ilin aprelində birgə ticarətlə məşğul olduğu Elnur Zeynalovun qətlinin Ramiz Verdiyev adlı şəxs tərəfindən təşkil edildiyini güman edib və sonuncunu öldürmək qərarına gəlib. Həmin ilin noyabrında tanışları Anar Hacıyev, Əziz Hacıyev, Elmar Həsənovla birlikdə cinayəti planlaşdırıb. 2007-ci ilin yanvarın 11-də Ramiz Verdiyev “Tural” kafesinə gəlib. Dəstə üzvləri Ramiz Verdiyev kafedən çıxıb maşınına əyləşən zaman avtomat silahdan atəşə tutublar. Nəticədə Ramiz Verdiyev hadisə yerində dünyasını dəyişib, sürücüsü Sahib Ələsgərov və mühafizəçisi Yuriy Lapin isə yaralanıb.
Fərid Əkbərov

Oxşar yazılar

Xəbərdaredici nişan olsaydı, Cümşüd ölməyəcəkdi… – Qurumdan açıqlama-VİDEO
30 iyun 2025 , 21:53
Yekaterinburqda vəhşicəsinə öldürülən azərbaycanlıların qardaşı danışdı-VİDEO
30 iyun 2025 , 21:47
Rusiyada öldürülən qardaşların meyiti yaxınlarına təhvil verildi-VİDEO
30 iyun 2025 , 21:05
Şamaxıda müəmmalı ÖLÜM: ailəsi qadının meyitini tapdı
30 iyun 2025 , 19:33
Perinatal Mərkəzdə 7 körpənin ölümünə görə şöbə müdiri ifadə verdi
30 iyun 2025 , 19:00
Saatlıda su üstündə MÜBAHİSƏ: Əmisini şüşə ilə doğradı
30 iyun 2025 , 18:42"Sputnik Azərbaycan"ın ofisində əməliyyat zamanı saxlanılanların adları
30 iyun 2025 , 18:33