Çaylarda daşqın
03 noyabr 2009 10:45 (UTC +04:00)

Çaylarda daşqın

Leysan yağışları nəticəsində Mazımçay, Balakənçay, Talaçay, Katexçay, Kürmükçay və Ağçayda qısamüddətli daşqınlar baş verib


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, oktyabrın 31-də axşam, noyabrın 1-də gündüz leysan yağışlar yağıb.

Lent.az-ın nazirliyin rəsmi saytına istinadən məlumatına görə, leysan yağışlar nəticəsində (Balakəndə 84 mm, Zaqatalada 73 mm, İlisuda 47 mm) Böyük Qafqazın Balakən-Zaqatala-Qax bölgələrinin ərazisindən axan Mazımçay, Balakənçay, Talaçay, Katexçay, Kürmükçay və Ağçaydan qısamüddətli daşqınlar baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 442

Oxşar yazılar