İran azərbaycanlı alimin saxlanması ilə bağlı sorğuya cavab verdi
Rəşid Əliyevin İran Cinayət Məcəlləsinin hansı müddəaları ilə təqsirləndirildiyi bəlli deyil
“Bakı Dövlət Universitetinin Fizika Problemləri İnstitutunun Bioloji sistemlər fizikası laboratoriyasının aparıcı mühəndisi Rəşid Əliyevin İranda saxlanmasının səbəbləri ilə bağlı rəsmi sorğumuz ilkin olaraq şifahi cavablandırılıb”.
Bunu APA-ya açıqlamasında Ədliyyə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi Zavər Qafarov deyib. Onun sözlərinə görə, İran tərəfi R. Əliyevin işi üzrə istintaq hərəkətlərinin aparıldığı deyilib: “Sorğuya rəsmi cavab verilməsə də, şifahi cavab verilib. Hələlik onun İran Cinayət Məcəlləsinin hansı müddəaları ilə təqsirləndirildiyi bəlli deyil. Sorğuya rəsmi cavab verildikdən sonra məsələyə aydınlıq gətiriləcək”.
Qeyd edək ki, Bakı Dövlət Universitetinin Fizika Problemləri İnstitutunun Bioloji sistemlər fizikası laboratoriyasının aparıcı fizik-mühəndisi Rəşid Əliyev İranın "Sazan Elektronics İndustry company" şirkətinin dəvəti və BDU-nun razılığı əsasında başlanmış əməkdaşlıq müqaviləsi çərçivəsində 2006-2008-ci illərdə həmin şirkətdə çalışıb. R. Əliyev sonuncu dəfə ötən il oktyabrın 5-də İrana qayıdıb. Oktyabrın 6-da isə o, viza problemi əsas gətirilərək həbs edilib.

581