MTN ölkəyə 125 kq narkotik gətirən şəxsləri zərərsizləşdirib
Narkotik vasitələr Azərbaycana İrandan gətirilib
Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində bu günlərdə həyata keçirilən növbəti əməliyyat tədbirləri nəticəsində İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotiklərin daşınması ilə məşğul olan şəxslər yaxalanıb.
Bu barədə Lent.az-a MTN ictimai əlaqələr mərkəzindən bildirilib. Onlardan ümumilikdə 125 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq götürülüb.
Belə ki, Astara rayon sakinləri - 1948-ci il təvəllüdlü Hacırza Eyvazov və onun bacısı oğlu, 1965-ci il təvəllüdlü Zahid Həmdəmov, 1975-ci il təvəllüdlü Qənbər Səliyev, 1976-cı il təvəllüdlü Hatəm Əliyev, habelə hazırda şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları və qeyriləri qabaqcadan əlbir olaraq, satış məqsədilə külli miqdarda narkotik vasitəni qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirərək İrandan Azərbaycan ərazisinə gətiriblər.
Müəyyənləşdirilib ki, əvvəlcədən əldə olunmuş razılığa əsasən, Hacırza Eyvazovun tapşırığı ilə İran vətəndaşlarının qaçaqmalçılıq yolu ilə Astara rayonu istiqamətində Azərbaycan ərazisinə keçirdikləri narkotikləri Zahid Həmdəmov onlardan qəbul edib, dayısı Hacırzaya təhvil verib.
Sonra Hacırza Eyvazovun tapşırığına əsasən, onun digər qohumu Qənbər Səliyev həmin narkotik vasitəni Hatəm Əliyevin idarə etdiyi «UAZ» markalı avtomobildə Astara rayonunun Kijəbə kəndinin yaxınlığına gətiriblər. MTN tərəfindən keçirilmiş tədbirlərlə Hacırza Eyvazov, Zahid Həmdəmov, Qənbər Səliyev və Hatəm Əliyev saxlanılıb, avtomaşına baxış zamanı 65 kiloqrama yaxın həşiş aşkarlanaraq götürülüb.
MTN-in həyata keçirdiyi digər əməliyyat tədbiri nəticəsində qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin daşınması ilə məşğul olan Azərbaycan vətəndaşları - 1976-cı il təvəllüdlü İqdam Əliyev və 1977-ci il təvəllüdlü Aqil Əliyev saxlanılıb, 37 kiloqrama yaxın həşiş və təxminən 5 kiloqram tiryək aşkarlanaraq götürülüb.
Müəyyənləşdirilib ki, qabaqcadan əldə olunmuş razılığa əsasən, İqdam Əliyev İrandan qaçaqmalçılıq yolu ilə Azərbaycan ərazisinə gətiriləcək külli miqdarda narkotik vasitəni Lənkəran şəhərində qəbul edib Bakıya aparmağı Aqil Əliyevə tapşırıb və bu işə görə ona 2 min ABŞ dolları məbləğində pul verməyi vəd edib. Aqil Əliyev təkliflə razılaşıb.
Hazırda şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı həmin narkotik vasitələri qaçaq yolla Azərbaycan ərazisinə keçirərək Lənkəran rayonunun Sütəmurdov kəndində gizlədib və bu barədə İqdam Əliyevi məlumatlandırıb. İqdam Əliyev həmin narkotik vasitələri gizlədildiyi yerdən götürərək, ona çatdırmasını Aqil Əliyevə tapşırıb.
Aqil Əliyev idarə etdiyi «VAZ-2106» markalı avtomobillə narkotik vasitələrin gizlədildiyi əraziyə gəlib və iki ədəd polietilen kisəyə qablaşdırılmış 37 kiloqrama yaxın həşişi və təxminən 5 kiloqram tiryəki götürən zaman yaxalanıb.
MTN tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən daha bir əməliyyat tədbiri nəticəsində qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin daşınması ilə məşğul olan Azərbaycan vətəndaşları - 1980-ci il təvəllüdlü Əziz Cabbarov və 1979-cu il təvəllüdlü Vüsal Əliyev saxlanılıb, sonuncunun idarə etdiyi avtomobilə baxış zamanı 18 kiloqram 396 qram həşiş aşkarlanaraq götürülüb.
Məlum olub ki, Vüsal Əliyev 2009-cu ilin oktyabr ayında İrana səfəri zamanı orada, hazırda şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşının imkanları vasitəsilə külli miqdarda narkotikin qaçaq yolla Azərbaycana keçirilməsini təşkil edib. Vüsal Əliyevin tapşırığına əsasən, 2009-cu il oktyabrın 22-də Əziz Cabbarov qaçaq yolla göndərilmiş narkotik vasitəni Bakı şəhəri yaxınlığında hazırda şəxsiyyətləri istintaqla araşdırılan şəxslərdən təhvil alaraq gizlədib. Vüsal Əliyev İrandan Azərbaycana qayıtdıqdan sonra həmin narkotik vasitəni Əziz Cabbarovdan təhvil alaraq, özünün idarə etdiyi «BMW» markalı avtomobilin yük yerində gizlədib.
Hər üç faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1 və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma, göndərmə və satma) maddələri ilə cinayət işləri başlanılıb.

441