Bıçaqlanmaya görə 8 illik həbs cəzası aldı
Noyabrın 2-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə həmkəndlisini bıçaqlamaqda təqsirləndirilən Zaqatala sakininin məhkəmə prosesi başa çatıb.
Lent.az-ın məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Fikrət Surxayevə hökm oxunub. Hökmə əsasən, F. Surxayev 8 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, 2009-cu il iyulun 11-də Zaqatala rayonunun 2-ci Tala kəndi sakini Fikrət Surxayev münaqişə zəminində həmkəndlisi Mehdi Padarovu bıçaqlayıb. Ağır yaralanan M. Padarov Zaqatala rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. F. Surxayev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) və 221-ci (Xuliqanlıq) maddələri ilə təqsirli bilinib.
Fərid Əkbərov

400