Bakıda 63 yaşlı qadını bıçaqla qətlə yetiriblər
02 noyabr 2009 12:30 (UTC +04:00)

Bakıda 63 yaşlı qadını bıçaqla qətlə yetiriblər

Bakının Xətai rayonu ərazisində 63 yaşlı qadın qətlə yetirilib.

Bu barədə Lent.az-a Xətayi Rayon Prokurorluğundan məlumat verilib. Məlumatda Bakı şəhəri Xətai rayonu NZS qəsəbəsi, Mingəçevir küçəsinin sakini 1946-cı il təvəllüdlü Mədinə Əhmədovanın meyitinin evində aşkarlandığı bildirilib.
Meyitə ilkin baxış keçirən ekspertlər M.Əhmədovanın çoxsaylı bıçaq zərbələrinin nəticəsində qətlə yetirildiyini müəyyən edib.

Faktla bağlı Xətai rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar gedir.

Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 388

Oxşar yazılar