Bina partlayışında təqsirləndirilən şəxslərə hökm oxundu
Noyabrın 2-də Nizami rayon Məhkəməsində Bakı şəhərində yaşayış binasında 3 nəfərin ölümünə səbəb olan partlayışda təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az-in məlumatına görə, hakim Ziya Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Hökmə əsasən Elman Niftəliyev 2 il 6 ay, Rəşad Şıxməmmədov isə 1 il müddətinə azadlıqdan məhrum olunublar.
Xatırladaq ki, keçən prosesdə dövlət ittihamçısı E. Niftəliyevin 8 il 6 ay, R. Şıxməmmədovun isə 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
İttihama görə, Elman Niftəliyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.2-ci (ehtiyatsızlıqdan iki və ya daha artıq şəxsi öldürmə), 131.1-ci (ehtiyatsızlıqdan sağlamlığa az ağır və ya ağır zərər vurma), 187.3-cü (əmlakı ehtiyatsızlıqdan məhv etmə və ya zədələmə), Rəşad Şıxməmədov isə 314.2-ci (səhlənkarlıq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olma) maddələri ilə təqsirli biliniblər.
Qeyd edək ki, hadisə 2008-ci il dekabrın 13-də Nizami rayonu, Naxçıvanski 34 ünvanında baş verib. Həmin ünvanda yerləşən beşmərtəbəli yaşayış binasında baş vermiş partlayışda binanın bir bloku dağılıb, 3 nəfər ölüb, 5 nəfər yaralanıb. Partlayışa səbəb kimi qaz sızması göstərilib.
Fərid Əkbərov

Oxşar yazılar

Xəbərdaredici nişan olsaydı, Cümşüd ölməyəcəkdi… – Qurumdan açıqlama-VİDEO
30 iyun 2025 , 21:53
Yekaterinburqda vəhşicəsinə öldürülən azərbaycanlıların qardaşı danışdı-VİDEO
30 iyun 2025 , 21:47
Rusiyada öldürülən qardaşların meyiti yaxınlarına təhvil verildi-VİDEO
30 iyun 2025 , 21:05
Şamaxıda müəmmalı ÖLÜM: ailəsi qadının meyitini tapdı
30 iyun 2025 , 19:33
Perinatal Mərkəzdə 7 körpənin ölümünə görə şöbə müdiri ifadə verdi
30 iyun 2025 , 19:00
Saatlıda su üstündə MÜBAHİSƏ: Əmisini şüşə ilə doğradı
30 iyun 2025 , 18:42"Sputnik Azərbaycan"ın ofisində əməliyyat zamanı saxlanılanların adları
30 iyun 2025 , 18:33