ŞOK! 11 yaşlı qız ana oldu
02 noyabr 2009 11:00 (UTC +04:00)

ŞOK! 11 yaşlı qız ana oldu

O, 19 yaşlı sevgilisindən yaşını gizlədib

Bolqarıstanın Sliven şəhərində Kordeza Zelyazkova adlı 11 yaşlı qızın körpəsinin dünyaya gəlməsi ölkədə mübahisələrə yol açıb.

Lent.az-ın verdiyi məlumata görə, körpənin 19 yaşlı atası Jeliazko Dimitrovu azyaşlı qızla cinsi əlaqədə olduğu üçün 6 il həbs cəzası gözləyir.

İngilis mətbuatına danışan cütlüyün söylədiklərindən belə məlum olub ki, Jeliazko Kordezanı uşaq bağçasında narahat edən oğlanlardan qoruyub və tanışlıqları da bundan sonra başlayıb. Jeliazko deyib ki, Kordezanın 11 yaşı olduğunu bilməyib, 15 yaşında olduğunu düşünüb. Kordeza da özünün bəyənilməyəcəyindən narahat olduğu üçün yaşını gizlədib.

İlk tanışlıqdan sonra bir parkda görüşən cütlük bir müddət sonra cinsi əlaqədə olub. Uşaq yaşda ana olan Kordeza bildirib ki, əvvəllər kişi dostları olmadığı üçün hamiləlik testindən xəbərsiz olub. O, artıq oyuncaq deyil, öz körpəsiylə oynayacağını söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 581

Oxşar yazılar