İran vətəndaşı Azərbaycandan qovulub
Qanunsuz ov edən dəstəyə Suriya vətəndaşı başçılıq edir
Oktyabrın 28-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ağgöl Milli Parkının ərazisində qanunsuz ov edən şəxslər saxlanıb. Həmin şəxslərin İran İslam Respublikasının vətəndaşı Zergani Ali Chaseb, Bakı şəhər sakini Rufulluzadə Sadiq Cabir oğlu və Tovuz rayonu Bayramlı kənd sakini Hüseynov Mustafa Cəbrayıl oğlu olduğu müəyyənləşib.
Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, oktyabrın keçirilən reyd zamanı Milli Parkın əməkdaşları burada 90 ER 575 dövlət nömrə nişanlı “Niva” markalı avtomaşınla qarşılaşıb, onu saxlamaq istəyərkən maşında olanlar tabesizlik göstərərək ərazidən uzaqlaşıblar. Lakin Milli Park əməkdaşları Ağcabədi rayon Polis Şöbəsinin nümayəndələrinin köməyi ilə qanun pozucularını saxlamağa müvəffəq olublar. Avtomobilə baxış keçirilən zaman orada şahin quşunun ovlanması üçün istifadə olunan cələ, şahin quşu üçün papaq və canlı göyərçinlər aşkarlanıb.
Saxlanılan şəxslər bildiriblər ki, bu işdə onlara Suriya vətəndaşı başçılıq edib. Hələlik şəxsiyyəti bəlli olmayan həmin şəxs Nazirliyin əməkdaşlarının təqibi zamanı avtomobildən düşərək qaçıb. İran vətəndaşları Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına düşmüş şahin quşunu ovlamaq məqsədi ilə gəldiklərini bildirib.
Faktla bağlı maddi sübutlar götürülüb, İnzibati Xətalar Məcəlləsinin 111.2 maddəsinə əsasən protokol tərtib edilib. İran vətəndaşı Zergani Ali Chasebin Azərbaycan Respublikasının ovçuluq haqqında qanununun tələblərini kobud surətdə pozduğuna görə respublikadan deportasiya olunub. Onun ölkəyə gəlməsinə qadağa qoyulması ilə bağlı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Daxili İşlər Nazirliyinə müraciət edilib. Hazırda hadisə yerindən qaçan Suriya vətəndaşının şəxsiyyətinin müəyyən edilməsi istiqamətində iş aparılır.
Elxan SALAHOV

Oxşar yazılar

Ağdərədə çoban minaya düşdü - YENİLƏNİB
10 iyul 2025 , 09:39
Qəbələdə FACİƏ: 4 yaşlı qız kirayə villanın hovuzunda BOĞULDU
10 iyul 2025 , 09:22
Goranboyda minik avtomobili gölə düşdü
10 iyul 2025 , 08:18
Gəncə sakini narkotik vasitənin təsirindən komaya düşdü
10 iyul 2025 , 07:54
Gəncədə avtomobil aşdı, xəsarət alanlar var
10 iyul 2025 , 00:53
“Oğlumu öldürdülər, nişanına hazırlaşırdıq” – Qətlə yetirilən Ümid Soltanovun atası
9 iyul 2025 , 21:43
Rusiyadan Azərbaycan şirkətlərinə QADAĞA
9 iyul 2025 , 19:33