Qadın yol polisinin qulağını dişləyib
29 oktyabr 2009 15:15 (UTC +04:00)

Qadın yol polisinin qulağını dişləyib

Polislər şikayətçidirlər...

Türkiyənin İzmit şəhərində masaj salonu işlədən, bir müddət əvvəl içkili maşın sürdüyünə görə sənədləri alınan 40 yaşlı Fatma Doğan sənədsiz və sığortasız avtomobil idarə etdiyinə üçün yol polisləri tərəfindən saxlanılıb.


Lent.az-ın Türkiyənin “Vatan” qəzetinə istinadən verdiyi məlumata görə, yol polisləri ondan sənəd istəyiblər.

Bundan əsəbiləşən Fatma Doğan yol polislərinə hücum çəkib. O, yol polislərindən birinin qulağını dişləyib, digərinə isə ağır təhqiramiz sözlər ünvanlayıb. Polislər şöbəyə zəng açaraq, yardım istəyiblər. Gələn polis qrupu çətinliklə xanımı nəzarət altına almağı bacarıb.


Qulağı dişlənən, eyni zamanda təhqir olunan yol polisləri şikayətçi olublar və Fatma Doğan məhkəməyə verilib. Hazırda zamində olan Fatma Doğanın məhkəməsi davam edir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 440

Oxşar yazılar