Sabiq “OMON”çu: “Mən bu cinayəti törətməmişəm”
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə keçən ilin noyabrında Lökbatandakı xəstəxanada baş vermiş partlayışla əlaqədar təqsirləndirilən Sabir Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Lent.az-ın məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkən Rəvayət Mütəlimov səhhətində olan problemlərlə əlaqədar gələn proseslərdə iştirak edə bilməməsi ilə bağlı vəsatət qaldırıb. Məhkəmə vəsatəti təmin edib. Sonra R.Mütəllimov təqsirləndirilən şəxsin vəkili Janna Bağırovanın suallarını cavablandırıb. Bu zaman R.Mütəllimovun həyat yoldaşı Südabə Mütəllimova ilə J. Bağırova arasında mübahisə yaranıb.
S.Mütəllimova təqsirləndirilən S.Hüseynovun bu işi kimlərinsə sifarişi ilə törətdiyini bildirib: “Qoy, Sabir bu işi kimin ona sifariş verdiyini söyləsin. Biz bilirik ki, ona kim sifariş verib. Qoy, o, özü etiraf etsin”.
S.Hüseynov R.Mütəllimovun başına gələn hadisədən çox təəssüfləndiyini bildirib: “Mən çox təəssüflənirəm. Mən bu cinayəti törətməmişəm. Bu hadisənin kimin törətməsini araşdırmaq istintaqın borcudur. İbtidai istintaqda bunu güclə mənim boynuma qoyublar. İstintaqın borcudur ki, bu hadisəni törədəni və ona bu sifarişi verəni tapsın”.
S.Mütəllimova S.Hüseynovun yalan danışdığını söyləyib. O, ibtidai istintaqın video çəkilişlərində S.Hüseynovun ifadələrinə baxdığını və orada hər şeyi açıq olaraq, söylədiyini bildirib.
Təqsirləndirilənin vəkili vəsatətlə çıxış edərək bildirib ki, baş verən hadisə zamanı digər zərərçəkən tibb bacısı Reyhan Pirquliyeva məhkəməyə dəvət olunmasına baxmayaraq gəlmir: “Ona görə də, onun məcburi qaydada məhkəməyə gətirilməsini təmin edəsiniz”.
Məhkəmə vəkilin vəsatətini təmin edib. Zərərçəkən R.Pirquliyevanın məcburi qaydada məhkəməyə gətirilməsi haqqında qərar çıxarıb.
Proses sabah, şahid və zərərçəkənin ifadəsi ilə davam etdiriləcək
Xatırladaq ki, 2008-ci il noyabrın 25-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən 19 saylı xəstəxanada partlayış baş verib. Nəticədə Rəvayət Mütəllimov və orada olan tibb bacısı Reyhan Pirquliyeva ağır bədən xəsarətləri alıblar.
İstintaq-əməliyyat qrupu qumbaranın Müşfiqabad qəsəbəsində qeydiyyatda olan, keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsinin (“OMON”) üzvü Sabir Hüseynov tərəfindən xəstəxananın cərrahiyyə şöbəsinin müdiri İlyas Həmidovun həyatına ümumi təhlükəli üsulla qəsd etmək məqsədi ilə gətirildiyini müəyyənləşdirib.
Sabir Hüseynov 1995-ci il mart dövlət çevrilişi cəhdinin fəal iştirakçılarından olmaqla 1996-cı ildə Cinayət Məcəlləsinin (köhnə redaksiyada) 70-ci (banditizm) və 220-ci (qanunsuz silah saxlama) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib. O, 1999-cu ildə əfv olunaraq azadlığa çıxıb.
S. Hüseynov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29.120.2.4, 29.120.2.7 (qəsdən adamöldürməyə cəhd) və 228.1 (qanunsuz silah saxlama, gəzdirmə, əldə etmə və s.) maddələrilə ittiham olunur.
Fərid Əkbərov

966