Qubada avtomobil 35 metr hündürlükdən düşdü, sürücü sağ qaldı
Quba rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az-ın məlumatına görə, “VAZ 21-07” markalı avtomobil 35 metr yüksəklikdən yuvarlanaraq dərəyə düşüb. Hadisə Quba-Qusar yolunun Dağlı kəndi ərazisində baş verib. Quba rayon polis şöbəsinin Baş Müstəntiqi Rövşən Turabovun verdiyi məlumata görə, sürücü hadisə zamanı sərxoş olub.
Avtomobilin dam hissəsi özündən ayrılıb. Avtomobil yüksək sürətlə idarə edilib. Hadisə zamanı xəsarət alan sürücü Mirzə Muqbilov Quba rayon Mərkəzi Xəstəxanaya çatdırılıb.
Xəstəxanadan bildirilib ki, Mirzə Muqbilova qapalı kəllə beyin travması, baş beyin sirkələnməsi, sol tərəf təpə və gicgah nahiyəsinin kəsilməsi, burun əsasının sınığı diaqnozu qoyulub. Onun vəziyyəti orta ağırdır.

487