“Azsamand”da yandırılan iş adamının qətlinin sifarişçisi tutulub
27 oktyabr 2009 10:45 (UTC +04:00)

“Azsamand”da yandırılan iş adamının qətlinin sifarişçisi tutulub

Daxili İşlər Nazirliyi oktyabrın 25-də “Azsamand” markalı avtomobildə sürücünün qətlə yetiriləndən sonra öldürülməsi faktı ilə bağlı məlumat yayıb.


Lent.az nazirliyin saytına istinadən məlumatına görə, həmin gün saat 21.00 radələrində Sabunçu rayonunun Balaxanı qəsəbəsində yanmış halda olan “Azsamand” markalı avtomaşında, onun sahibi, Bakı şəhər sakini Xanbəyi Zamanovun tam yanmış skeleti aşkarlanıb.


Sabunçu RPİ 12-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətlin Nadir Nağıyevin sifarişi ilə Kəlbəcər rayon sakini Neymət Abdullayev və Ucar rayon sakini Samirə Əzimova tərəfindən odlu silahdan atəş açma yolu ilə törədilməsi müəyyənləşdirilib.


N.Nağıyev, N.Abdullayev və S.Əzimova tutulublar. N.Abdullayevdən 1 ədəd “Naqan”, 1 ədəd “Makarov” tipli tapança, 11 ədəd güllə və 3 ədəd giliz götürülüb. İlkin yoxlama prokurorluq tərəfindən aparılır.


ANS PRESS Samirə Əzimovanın mərhum X.Zamanovla qeyri-rəsmi nikahda olduğu barədə məlumat yayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 414

Oxşar yazılar