“Azsamand”da yandırılan iş adamının qətli ilə bağlı yeni məlumatlar
Mərhumun qətlinin sifarişçisi vəkil imiş
Azərbaycan paytaxtında sifarişli qətlin motivi bəlli olub. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Azərbaycan paytaxtında iş adamının qətlini sifariş edən vəkil olub.
Məlumatda bildirilib ki, oktyabrın 25-i saat 21:00 radələrində, Balaxanı qəsəbəsində yerləşən şəhər zibilliyində, “Azsamand” markalı avtomaşının sərnişini ilə birlikdə yanması barədə DİN “102” xidmətinə məlumat verilib. Məlumat alındıqdan sonra hadisə yerinə Bakı şəhər Baş Polis İdarəsinin, Sabunçu Rayon Polis İdarəsi, Bakı şəhər Prokurorluğu və rayon prokurorluğunun əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu gedib. Həyata keçirilən araşdırmalar nəticəsində maşının içərisində yanan şəxsin 1955-ci il təvəllüdlü Zamanov Xanbəyi Elbəyi oğlu olması müəyyən edilib.
Meyiti müayinə edən məhkəmə tibbi ekspertizasının əməkdaşlarının verdiyi ilkin rəyə görə, avtomaşında yanan şəxs əvvəlcə “Naqan” tipli tapança ilə atəş açılaraq, bir dəfə başından vurulub. Qətlə yetirildikdən sonra isə avtomaşınla birlikdə yandırılıb.
İstintaq zamanı aydın olub ki, oktyabrın 25-də X.Zamanov Bakıdakı şadlıq saraylarının birində ziyafətdə olub. Mərhumun oğlunun istintaqa verdiyi ifadəyə görə, atası mobil telefonuna gələn zəngdən sonra çay içmək adı ilə həyətə düşüb.
Daha sonra mərhumun iş fəaliyyəti istiqamətində araşdırmalara başlanılıb. Bu zaman məlum olub ki, mərhum sahibkarlıq fəaliyyəti ilə məşğuldur və “Şakir” MTK-nin rəhbəri Şakir Hüseynovla uzun müddət məhkəmə çəkişməsində olub. Belə ki, X. Zamanovun “20 Yanvar” dairəsi yaxınlığında torpaq sahəsi olub. Ş. Hüseynov isə həmin yeri zəbt edərək mənimsəyib. Daha sonra isə onlar məhkəmədə üz-üzə gəliblər. X.Zamanov məhkəmədə qalib gəlib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində X.Zamanovu qətlə yetirən 1982-ci il təvəllüdlü Abdullayev Nemət Şəmil oğlu tutularaq məsuliyyətə cəlb olunub. Onun istintaqa verdiyi ilkin ifadəyə görə o, bu hadisəni qeyri-qanuni nikahda yaşadığı, 1983-cü il təvəllüdlü Əzimova Samirə Əvəz qızı ilə birlikdə törədib.
İlk öncə cinayət işini boynuna almayan N.Abdullayev sonradan bildirib ki, onun X.Zamanovla tanışlığı Ş. Hüseynovun ofisindən başlayıb. Hadisə günü isə Balaxanı qəsəbəsində yaratdığı donuzçuluq təsərrüfatı ilə X.Zamanovu tanış etməli olub. N.Abdullayev silahı Balaxanıdakı zibillikdən əldə etdiyini bildirib. Daha sonra isə hadisədə istifadə etdiyi “Naqan” tipli tapançanı, ona aid 11 ədəd patronu, 3 ədəd giliz və əlavə olaraq yararsız halda olan “Makarov” tipli tapançanı yaşadığı evin yaxınlığında torpağa basdırması bərədə məlumat verib və silah-sursat təqsirləndirilən şəxsin iştirakı ilə oradan götürülüb.
Təqsirləndirilən şəxslər X.Zamanovun qətlini sifariş əsasında həyata keçirdiyini bildiriblər. Sifarişçinin isə Şakir Hüseynovun vəkili, 1964-cü il təvəllüdlü Nağıyev Nadir Allahverdi oğlu olduğu müəyyənləşdirilib. Təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində o, saxlanaraq istintaqa təhvil verilib.
Faktla bağlı Bakı Şəhər Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.

501