“Zamin Bank”ın filialının sabiq direktorunu 10 illik həbs gözləyir Prokuror Vidadi Xudiyevə cəza istəyib
Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə “Zamin Bank”ın Mərkəz filialının sabiq direktoru Vidadi Xudiyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Lent.az-ın məlmatına görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Prosesdə çıxış edən dövlət ittihamçısı V.Xudiyevin 10 il müddətinə azadlıqdan mərhum edilməsini istəyib.
Proses oktyabrın 28-də davam etdiriləcək.
İttihama görə, Bakı şəhər sakini, “Zamin Bank”ın Mərkəz filialının direktoru olmuş V.Xudiyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək bank sənədlərini saxtalaşdırmaqda təqsirli bilinir. Onun Bakı şəhər sakinləri Orxan Şirinov, Sərdar Qəribov və digər şəxslərin etibarlarından istifadə edərək, onların pul vəsaitlərini mənimsədiyi müəyyən edilib.
Fərid Əkbərov

408