“RİAD” təhlükəsizlik xidmətinin əməkdaşları dələduzluqda ittiham olunur
Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hədə-qorxu yolu pul tələb etməkdə ittiham olunan “RİAD” təhlükəsizlik xidmətinin əməkdaşlarının cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Lent.az-ın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Malik Rəşidov, Elməddin Quliyev və Xəyyam Həsənov ifadə veriblər. Təqsirləndirilənlər onlara qarşı irəli sürülmüş ittihamlarla özlərini təqsirli bilməyiblər.
İttihama əsasən, adı çəkilən şəxslər Bakı şəhər sakini Fəxrəddin Nəzərovu Neftçala rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə düzlətmək haqqında onunla razılıq əldə ediblər. Lakin iş düzəlmədiyindən təqsirləndirilən şəxslər F.Nəzərova hədə-qorxu gələrək ondan pul tələb ediblər.
F.Nəzərovun şikayəti əsasında təqsirləndirilən şəxslər Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulublar.
Təqsirləndirilən şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 182-ci (hədə-qorxu yolu ilə tələb etmə) maddələri ilə ittiham olunurlar.
Fərid Əkbərov

648