İnsan alveri ilə bağlı 71 cinayət qeydə alınıb
2009-cu ilin ötən dövrü ərzində həyata keçirilən əməliyyat-profilaktik tədbirlər nəticəsində insan alveri ilə bağlı 71 cinayət faktı qeydə alınıb.
Onları törədən 18 cinayətkar qrup, o cümlədən 1 mütəşəkkil dəstə zərərsizləşdirilib, bütövlükdə 65 cinayətkar ifşa edilib. Cinayətlərin açılmasında iştirak etmiş 19 şəxs Daxili İşlər Nazirliyinin əmrləri ilə mükafatlandırılıb.
APA-nın xəbərinə görə, bu məlumat İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun Azərbaycanda insan alverinə qarşı mübarizəyə dair Milli Məclisə təqdim etdiyi hesabatından götürülüb. Milli Məclisin sabah keçiriləcək iclasında dinləniləcək hesabatda qeyd olunub ki, bu cinayətlərin qurbanı olan 82 nəfərdən 47-si, o cümlədən bir uşaq sığınacağa yerləşdirilib, onlara hüquqi, tibbi və psixoloji yardımlar göstərilib, əksəriyyəti cəmiyyətə reinteqrasiya olunub.
Qurbanlardan 17 nəfəri işlə təmin edilib, 32 nəfər peşə kurslarına, o cümlədən 9-u Azərbaycan Sahibkarlar Konfederasiyasının yardımı ilə sahibkarlıq kursuna göndərilərək müvafiq sertifikatlarla təmin edilib: “Sığınacağa yerləşdirilmiş insan alveri qurbanlarının himayəsində olan azyaşlılara da müvafiq yardımlar göstərilib, bir uşaq Təhsil Nazirliyi tərəfindən internat məktəbinə, üçü uşaq bağçasına yerləşdirilib. Sığınacaqda insan alveri qurbanlarına və ehtimal olunan qurbanlara tibbi, hüquqi və digər yardımın göstərilməsi işinin təkmilləşdirilməsi üzrə bir sıra əlavə tədbirlər həyata keçirilib, onlara səhiyyə xidməti göstərən tibb müəssisələrinin sayı artırılıb. Qurbanların əksəriyyəti tibbi müayinədən keçirilib, lazımi ambulator və stasionar yardımla təmin edilib”.
Hesabatda, həmçinin qeyd olunub ki, insan alverindən zərər çəkmiş 76 nəfərə birdəfəlik müavinətlər, 43 nəfərə İnsan alveri qurbanlarına Kömək Fondundan yardımlar verilib, 11 qurbana cinayət nəticəsində dəymiş maddi ziyan məhkəmə proseslərində ödətdirilib.
Bildirilib ki, ““Qaynar xətt” telefon xidmətlərinə daxil olan 5163 zəngdən 8-i insan alveri, 27-si əxlaqsız yuvaları saxlama və fahişəliyə cəlb etmə cinayətləri ilə bağlı olub. Digər müraciətlər xarici ölkələrdə işə düzəltmək, təhsil almaq, əcnəbilərlə nikah bağlamaq və s. məsələləri ilə əlaqədardır. İctimai mənəviyyat əleyhinə olan hüquqazidd əməllərlə bağlı 217, o cümlədən fahişəliyə cəlb etməyə görə 72, əxlaqsızlıq yuvaları saxlama ilə əlaqədar 134 cinayət aşkar edilərək onları törətmiş 160 nəfər məsuliyyətə cəlb edilib.
Fahişəliklə məşğul olan 749 qadın barəsində qanunvericiliklə nəzərdə tutulmuş inzibati tənbeh tədbirləri görülüb. 2005-2008-ci illərdə və cari ilin ötən dövründə insan alveri cinayətləri ilə bağlı aşkarlanmış 1298 fakt üzrə 1185 nəfər məsuliyyətə cəlb olunub, 192 cinayətkar qrup, o cümlədən 15 mütəşəkkil dəstə zərərsizləşdirilib.

409