Şagirdlərin zəhərlənməsilə bağlı 2 nəfər saxlanılıb
Sumqayıt şəhərində məktəblilər arasında kütləvi zəhərlənmə faktı ilə əlaqədar 2 nəfər saxlanılıb. Bu barədə Lent.az-a Sumqayıt şəhər Prokurorluğundan məlumat verilib. Məlumatda saxlanılanların 1974-cü il təvəllüdlü Bakı şəhər sakini İlkin Fətullayev və 1986-cı il təvəllüdlü Sumqayıt sakini Elvin Həsənov olduğu bildirilib. Həmin şəxslərin şagirdləri zəhərləyən məhsulları reklam etdikləri bildirilir.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğu və Sumqayıt şəhər Polis İdarəsinin müstəntiqlərindən ibarət istintaq qrupu yaradılıb, araşdırma aparılır.
Qeyd edək ki, oktyabrın 22-də günorta saatlarında Sumqayıt şəhəri 38 saylı məktəbdə ikinci növbə üçün dərsə gələn şagirdlərdən bir qrupu məktəbdən 50 metr aralıda “VAZ 2106” markalı avtomobillə gələn naməlum şəxslər tərəfindən pulsuz paylanan suxarılardan alıblar. Az sonra uşaqlarda sancılanma müşahidə olunub. Suxarını yemiş 50-dək uşaq xəstəxanaya yerləşdirilib. Onlardan 47 nəfəri müayinədən sonra xəstəxanadan buraxılıb, iki nəfər isə həkim nəzarətinə götürülüb.
Fərid Əkbərov

445