AzTV-nin redaktoru və İslam Universitetinin tələbəsi məhkəmə qarşısında
23 oktyabr 2009 16:45 (UTC +04:00)

AzTV-nin redaktoru və İslam Universitetinin tələbəsi məhkəmə qarşısında

“QuestNet” işi üzrə məhkəmə prosesi başladı


Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə “Quest net” firması işçilərinin Cinayət Məcəlləsinin 178.3.1 (mütəşəkkil dəstə tərəfindən dələduzluq) maddəsilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.


Lent.az-ın məlumatına görə, iş üzrə məhkəməyə sədrliyi Mahmud Ağalarov edir.

İş üzrə Valeh Ağayev, Yalçın Səmədov, Arif Babayev (hazırda AzTV-də redaktor vəzifəsində çalışır), Tərlan Baxşəliyev, Mübariz Quliyev, Elşən Əliyev, Vüqar Məmmədov (Bakı İslam Universitetinin tələbəsidir), Zaur Babayev, Amin Hüseynov, Natiq Şiriyev, Şakir Ağayev, İran vətəndaşları Bəhram Beylami və Mahmudzadə Bağbani təqsirləndirilir. Onlar hazırda zamindədir.


Məhkəmə baxışı noyabrın 6-a təyin olub.


Qeyd edək ki, Daxili İşlər Nazirliyi bu ilin fevral ayında “QuestNet” firması adı altında fəaliyyət göstərən şəbəkənin iyirmi mindən çox vətəndaşı aldadaraq, külli miqdarda qazanc götürməsi barədə məlumat yayıb. Saxlanılan şəxslərin vətəndaşlara çəkisi 3 qramadək olan qızıl məmulatlarını həqiqi dəyərindən 10 dəfə baha qiymətə - 800-1500 ABŞ dollarına satıldığını və külli miqdarda qazanc götürdüyü bildirilir. Məlumatda o da bildirilib ki, bu şəbəkənin başçıları piramida üsulu ilə qurulan cinayətkar şəbəkəyə cəlb olunmuş vətəndaşlardan alınan pullar hesabına özlərinə yüksək əməkhaqqı götürüb, eləcə də ofis, kommunal və digər xərclərini ödəyiblər.

Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 455

Oxşar yazılar